...

Pulu olmayan sənətçi pul saymağı da bilmir! – meyxanaçı Vüqar Əbdülov

Cəmiyyət Materials 24 Noyabr 2007 13:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 noyabr/müx. TrendLife Şahin Cavadsoy/

Pul həyatdır! Lakin meyxanaçı Vüqar Əbdülov TrendLife-la söhbətində bu kəlmə ilə razı olmadığını bildirdi: "Düzdür, ədiblərimiz də deyiblər ki, kişini adam eləyən paradır, parasız kişinin üzü qaradır. Pul çox şeydir, ama hər şey deyil. Dünya malını özləri üçün həyat amili seçən bəndələrə isə yazığım gəlir. Pul həyat deyil. O, yalnız yaşamaq üçün bir vasitədir. Azərbaycan şou-biznesində pulun oynadığı rol həddindən artıq yüksəkdir. Yəni, söhbət yerli şou-sakinlərindən gedirsə, razıyam ki, pulu olmayan sənətçi pul saymağı da bilmir. Vüqar isə doğulandan pul görüb. Allah adamı sonradan pul görüb həddini aşanlardan qorusun. Onların sayı isə aramızda kifayət qədərdir".

Xəbər lenti

Xəbər lenti