...

Azərbaycanlı dirijor Fəxrəddin Kərimov Türkiyədə çıxış edəcək

Cəmiyyət Materials 26 Noyabr 2007 12:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 noyabr /müx. TrendLife Eldar Hüseynzadə/

Azərbaycanın tanınmış dirijoru Fəxrəddin Kərimov dekabrın 6 və 7-də Türkiyənin Bursa şəhərində çıxış edəcək. Bu haqda TrendLife-a Bakı Musiqi Akademiyasının (BMA) dosenti, dirijor Fəxrəddin Kərimov özü xəbər verib. Konsert Bursa şəhərinin filarmoniyasında təşkil olunacaq. Tədbirdə Azər Rzayevin, Qara Qarayevin, Fikrət Əmirovun və türk bəstəkarı Nelit Kodallının əsərləri səslənəcək. Fəxrəddin Kərimov 14 il Türkiyədə çalışıb, o, 3 ildir ki, Azərbaycana qayıdıb. Hazırda isə Azərbaycan Dövlət Filarmoniyasında işləyir. Konsertin solisti Qüdrət Əmrahov olacaq. Qeyd edək ki, Qüdrətin 18 yaşı var. Adıçəkilən gənc hazırda BMA-nın birinci kurs tələbəsidir. Uzun müddət isə Amerikada Albert Markovdan skripka dərsləri alıb.

Xəbər lenti

Xəbər lenti