...

Səhnəyə çılpaq çıxmaq xalqa hörmətsizlikdir - Vahid Əziz

Cəmiyyət Materials 30 Noyabr 2007 17:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 noyabr /müx. TrendLife Laləndə İsmayılova/

"Səhnəyə çılpaq çıxmaq xalqa hörmətsizlikdir"-bu sözləri şair Vahid Əziz söyləyib. O qeyd edib ki, bir ziyalı kimi, bu onu çox narahat edir. Buna görə də Əziz efir məkanına nəzarət edən Bədii Şuraların yaradılmasını vacib bilir. : "Əvvəllər Bədii Şuralar vardı və onlar müğənnilərin geyiminə belə nəzarət edirdi. Hətta elə sənətçilər olub ki, xırda bir əyər-əskiyinə görə, aylarla efir üzünə həsrət qalıb".

Vahid Əziz efirə nəzarət olunmayacağı təqdirdə, bayağılığın günü-gündən artacağını və anarxiyanın güclənəcəyini də gizlətmədi. "Dəmiri isti-isti döyərlər"- deyən şair onsuz da bu işdə gecikdiyimizi bildirdi.

Qeyd etdi ki, heç olmasa, lap pis vəziyyətə düşməməkdən ötrü çarə bulunmalıdır.

Xəbər lenti

Xəbər lenti