...

Türkiyədə Qara Qarayevin xatirəsinə konsert verilib

Cəmiyyət Materials 3 Dekabr 2007 14:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 dekabr /müx. TrendLife Eldar Hüseynzadə/

Görkəmli bəstəkar Qara Qarayevin 90 illik yubileyinə iki ay qalmasına baxmayaraq, onun yubileyi artıq qeyd edilir. Belə ki, dahi bəstəkarın xatirəsinə İzmir Mədəniyyət və İncəsənət Mərkəzində iki konsert təşkil olunub. Konsertə Yalçın Adıgözəlov dirijroluq edib. Onun TrendLife-a verdiyi məlumata görə, konsert böyük maraqla qarşılanıb. "Mədəniyyət Mərkəzinın zalı bütünlüklə dolmuşdu. Konsertin biletləri isə mövsümün açılışına gədər artıq satılmışdı. Onu da qeyd edim ki, Qara Qarayevin bəzi əsərləri İzmirdə ilk dəfə idi ki, səslənirdi" - deyə Y.Adıgözəlov bildirib.

Xəbər lenti

Xəbər lenti