...

Mən sizin hamınız üçün dua edəcəm -Azərbaycanın əməkdar artisti Nailə Mirməmmədli

Cəmiyyət Materials 5 Dekabr 2007 13:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 dekabr \müx. TrendLife Amal Rübai/

Azərbaycanın əməkdar artisti, bəstəkar Nailə Mirməmmədli Həcc ziyarətinə hazırlaşır. Bu xəbəri TrendLife-a bəstəkarın özü xəbər verib. "Müqəddəs Məkkəyə getməyi mənə rəfiqəm təklif edib. Bilirsiniz ki, on gün bundan əvvəl uzun sürən xəstəlikdən sonra anam Sima xanım dünyasını dəyişib. Dünyasını dəyişməmişdən əvvəl rəfiqəm yuxuda görüb ki, Hikmət Mirməmmədli ona deyir ki, "mən Nailənin Həcc ziyarətinə getməsinə kömək edəcəm". Bu yuxudan sonra anam rəhmətə getdi. Düşündüm ki, mütləq Həcc ziyarətinə getməliyəm. Onu da deyim ki, ziyarətimin reklam xarakteri daşımasını istəmirəm. Çünki Həccə getmək hər bir müsəlmanın borcudur. Mən orada hamınız üçün dualar edəcəm".

Xəbər lenti

Xəbər lenti