...

Elə təşkilatlar var ki, yaradıcı insanlara kömək etməyə hazırdır –Fotoqrafçılar İttifaqın üzvü Şahin Hüseynzadə

Cəmiyyət Materials 5 Dekabr 2007 13:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 dekabr /müx. TrendLife Eldar Hüseynzadə/

Bu həftə Fotoqrafçılar İttifaqına sədr seçiləcək. Namizədlərdən biri də Şahin Hüseynzadədir. Bəs, görəsən qarşıda İttifaqı hansı problemlər gözləyir? Məhz bu sualla TrendLife ona müraciət etdi. "Ümumiyyətlə, İttifaqın problemi çoxdur. Əsas məsələ binanın olmasıdır ki, bəzi yaradıcı məsələləri orda həll edə bilək. Əvvəllər biz Rafiq Qəmbərovun emalatxanasında toplanırdıq. Artıq müxtəlif instansiyalara müraciət etməyi düşünürük. Bundan əlavə, elə təşkilatlar var ki, yaradıcı insanlara kömək etməyə hər zaman hazırdır. İnanıram ki, bina tapıb, yaradıcılığımızı davam etdirəcəyik" - deyə Ş. Hüseynzadə fikirləri ilə bölüşdü.

Xəbər lenti

Xəbər lenti