...

İbrahim Tatlısəs cəzalandırılmalıdır- Xan Şuşinskinin oğlu Aslan Cavanşirov

Cəmiyyət Materials 5 Dekabr 2007 17:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 dekabr /müx.TrendLife Günel Əhmədova/

Türk sənətçilərinin Azərbaycana marağının təməlində maddiyyatın durduğu heç kimə sirr deyil. Rafet El Roman, Mahsun Kırmızıgül, Çelik və s. müğənnilərin səfər büdcələrinin müəyyən hissəsini Bakıda təşkil olunan konsert layihələri təşkil edir. Maliyyədən söz düşmüşkən, İbrahim Tatlısəsin Bakıya onuncu səfərini və onun Azərbaycandan 150 min dollar apardığı barədə söhbəti xatırladım. Qeyd edək ki, müğənnini Azərbaycana tək maliyyə maraqları bağlamır. Azəriqızı Güneli Türkiyə şou-biznesinə cəlb edən Tatlısəsin bura səfərləri zamanıonun bizə məxsus dəyərli musiqi inciləri barədə çıxışlarını dinləmişik. Muğamları, klassik musiqilərimizi dinləyərkən üzündəki obrazlı ifadələr onun heyranlığından xəbər verirdi. Daha sonralar milli musiqilərimizdən bəhrələnən Tatlısəsin yanıqlı oxumaları hələ də qulağımızdadır. Amma Azərbaycan xalqı nəinki İbrahimbəyə, ümumiyyətlə, hər hansı bir xalqın nümayəndəsinə dəyərli məhsulumuzu mənimsəməsi hüququnu verməyib. Söhbət Tatlısəsin Belçikada verdiyi konsertindən, daha doğrusu, orada Xan Şuşinskinin müəllifi olduğu "Dilbərim"i qədim kürd mahnısı kimi təqdimatından gedir. Hələ bu azmış kimi ,kürd əsilli Türkiyə müğənnisi mahnıya "Rinda min" adını verib. Rəsmi mənbələrdə mahnının söz və musiqi müəllifinin Xan Şuşinski olduğu bildirilir. Müxtəlif ifaçıların repertuarına daxil edilən mahnı 5-6 il öncə Səyavuş Kəriminin aranjemanında və Nazpəri Dostəliyevanın ifasında yenilənib.

Xan əminin oğlu və onun irsinin daşıyıcısı Aslan Cavnaşirovun TrendLife-a açıqlamasına görə, atası 20-yə yaxın mahnının müəllifidir.

- Həmin mahnıların müəllifin adı ilə təqdimatına nə mane olub?

-Dövrün qanunları qeyri-mütəxəssis olan şəxslərin, xüsusilə də mahnı yazanların yaradıcılıq məhsulunun təqdimatına maneələr yaratdığı üçün, onlar xalq mahnısı kimi təqdim olunurdu. Xan əminin bəstələdiyi "Dilbərim" (yaxud "Bağda sarmaşıq"), "Ay dilbər", "Şuşanın dağları", "Qəmərim", "Ay qəşəng ceyran" "Ay qara qız", "Keçən il gördüm" (yaxud"Qızıl gül"), mahnıları da bu qəbildəndir. Amma müstəqillik dövründə, 2004-ci ildə mahnının Xan Şuşinskiyə aid olduğu Müəllif Hüquqları Agentliyində təsdiqini tapıb və şəhadətnaməsi alınıb (631 saylı). Vaxtilə Xan əminin vallarında yer alan məşhur mahnı sonradan disk şəklində buraxılan toplulara daxil edilərək, yayılıb. Hesab edirəm, Xan Şuşinskinin ifasında sözügedən mahnı qramofon valına yazılanda Tatlısəs bəlkə də dünyaya gəlməmişdi.

- Bəlkə İbrahim bəyin bu addımı atmasına Türkiyədə musiqilərimizin anonim adı ilə təqdimatı rəvac verib?

- Mən də belə düşünürəm. "Dilbərim" türkiyəli müğənni Ceylanın da repretuarını bəzəyib. Ola bilsin, Tatlısəs Ceylanın, sözlərini türkləşdirdiyi mahnını əldə edərək, onun anonimliyindən istifadə edib vəbir az da irəli gedərək. mahnınıözünə doğma olan kürd dilində ifa etməklə, onu geniş tamaşaçı kütləsinə təqdim edib. Amma Azərbaycanın musiqilərinə bələd olan Tatlısəs, ən azı, mahnının tarixi ilə maraqlanmalı idi. İnternet saytları onun ən yaxın yardımçısı ola bilərdi. Düşünürəm ki, kürdlər böyük Kürdüstan xulyasında olduğu ərəfədə, başqa xalqlara məxsus olan şifahi və yazılı ədəbiyyatı və musiqini bu yolla mənimsəməyə çalışırlar. Bu ondan irəli gəlir ki, vaxtilə Tatlısəs Şərqin ilk opera yazan qadını Şəfiqə Axundovanın mahnısını özününkələşdirəkən , tutarlı etirazlarla qarşılaşmamış, müvafiq inzibati və maddi formada cəzalandırılmamışdı.

- "Dilbərim"in tarixi haqqında nə deyə bilərsiniz?

- Mahnı 1930-cu illərin məhsuludur. Musiqi parçası 40-50-ci illərdə Xan Şuşinskinin repretuarının bəzəyib. Xan əminin töhfələri bununla yekunlaşmır. Bir neçə aşıq mahnısı muğamların dilinə uyğunlaşdırılaraq, təsnif və ayrısa mahnı kimi təqdim olunub. Bunlardan "Qaçaq Nəbi", "Apardı sellər Saranı" və. s misal çəkmək olar. Lakin o dövrün qanun və qaydaları bu gün qarşımızda müəyyən sədlər çəkib. Çünki Xanın müəllifi olduğu 20-ə yaxın bəstədən yalnız səkkizini hüquqi çərçivəyə sala bilmişik. Bir çox mahnıların lent yazılarını tapabilmədiyimizdən, Müəllif Hüquqları Agentliyi onları qeydiyyata ala bilməyib. Lakin buna baxmayaraq, təqdiqatlar davam edir.

- Məsələnin həlli istiqamətində hansı addımlar atılacaq?

- Yaxşı olardı ki,müvafiq qurumlar, o cümlədən MHA-i, Mədəniyyət və turizm nazirliyi tezliklə bu qəbildən olna məsələlərin beynəlxalq məhkəmədə həllinə çalışsın. Bu gün milli sərvətlərimizə erməni qəsbkarları sahib çıxdığı vaxtda, bir yandan da kürd separatçılarının sərvətlərimizi mənimsəməsinin qarşısı tutarlı, hüquqi cavablarla alınmalıdır. Düşünürəm ki, İbrahim Tatlısəs tezliklə cəzalandırılmalı və o, atdığı səhv addıma görə, müəyyən təzminat ödəməlidir. Həmin məbləğ Azərbaycanın dahi mədəniyyət ustadlarının qədim sənət əsərlərinin bərpasına və gələcək nəsillərə Azərbaycanın milli sərvəti kimi təqdim olunmasına xərclənməlidir.

Xəbər lenti

Xəbər lenti