...

Azərbaycanın futbol klubları transfer pəncərəsinin açılmasını gözləyir

Cəmiyyət Materials 5 Dekabr 2007 18:26 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir Z.Səfərov/ Ölkə çempionatının birinci dövrəsindən sonra qış tətilinə gedən Azərbaycanın futbol klubları yeni transferləri 1 fevraldan gec olmayaraq qeydiyyatdan keçirə biləcəklər. Yarışların keçirilməsi üzrə Departamentin rəhbəri Məlik Həsənovun Trend ə verdiyi məlumata görə, komandalar lazım olan oyunçuları qeydə ala bilərlər, lakin transferlər qışın 3- cü ayından tez olmayaraq baş tutacaq. "Transfer pəncərəsinin müddətini biz Avropa nümunəsində hazırlamışıq. Avropanın aparıcı çempionatlarında qış tətili başlayacaq. Bu səbəbdən, komandaların yeni oyunçulara baxmaq, sonra isə, AFFA vasitəsilə lazımi sənədləri tərtib edib, müqavilə imzalamaq üçün kifayət qədər vaxtı olacaq"- Həsənov qeyd edib. Çempionatın birinci yarısının nəticələrinə görə, ikinci yerdə olan "Xəzər" - i 5 xal qabaqlayan "Olimpik" liderliyi ələ keçirib.

Xəbər lenti

Xəbər lenti