...

Müğənni Rüfət Mehdiyev peşəsini dəyişir

Cəmiyyət Materials 10 Dekabr 2007 11:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 dekabr /müx. TrendLife Ayəndə Dadaşova/

Rüfət Mehdiyevi "Dünən qəfildən gəldi" bədii filmində baş rollardan birinə çəkilməyə dəvət ediblər. Filmin rejissoru Mübariz Nağıyev, ssenari müəllifi Nara Nağıyeva (rejissorun həyat yoldaşı), bəstəkarı Rauf Əliyevdir. Qeyd edək ki, Nara xanım və Rüfət baş rollarda çəkilirlər. Çəkilişlər bitdikdən sonra film Almaniyada keçiriləcək festivala göndəriləcək. TrendLife yeni işi ilə bağlı Rüfət Mehdiyevə bir neçə sualla müraciət etdi.

-Əgər kinoda çəkilmək xoşunuza gəlsə, yenə oxumağa davam edəcəksiniz?

-Əlbəttə. Mən həmişə oxuyacam.

-Bəs, repertuarınızda hansı yeniliklər var?

-Hazırda bəstəkarlar Eldar Mansurov, Nadir Əzimovla işləyirəm. Daha bir mahnını isə mənə Vaqif Gərayzadə söz verib. Yəqin ki, bu yaxınlarda həmin mahnını mənim ifamda eşidəcəksiniz.

Xəbər lenti

Xəbər lenti