...

Mətbu orqanlar etiraz aksiyalarına başlayacaqlar

Cəmiyyət Materials 10 Dekabr 2007 14:51 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ "Yeni Müsavat" və "Azadlıq" qəzeti Azərbaycanda jurnalistlərin həbsinə etiraz olaraq birgə aksiyalara başlayacaqlar. Bu barədə bazar ertəsi Trend ə "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu məlumat verib.

O, həbsxanada aclıq aksiyası keçirən "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidə dəstək olaraq bu gündən aclığa başlayıb. Ariffoğlu həmçinin "Azadlıq" qəzetinə qəfil aksiyalara başlamağı təklif edib.

"Qənimət Zahid "Azərbaycan" nəşriyyatının qarşısında şərlənərək həbs olunub, ona görə də təkldif etmişəm ki, etiraz aksiyamızı nəşriyyatın qarşısında keçirək" - deyə Arifoğlu bildirib.

"Azadlıq" qəzetinin direktoru Azər Əhmədov da Trend ə açıqlamasında bildirib ki, həbsdəki mətbuat nümayəndələrinin azadlığa buraxılmasını istəyən jurnalistlərin birgə etiraz aksiyası planlaşdırılacaq. Aksiyanın vaxtı, yeri ilə bağlı sabah keçiriləcək Dəyirmi masada müzakirələr aparılacaq.

Əhmədov bildirib ki, etiraz aksiyalarının silsilə xarakter alması və söz azadlığını müdafiə komitəsinin dekabrın 20-də keçirməyi planlaşdırdığı mitinqdən əvvəl təşkil edilməsi nəzərdə tutulur.

Hazırda Azərbaycanda 9 nəfər jurnalist həbsdədir, 8-i məhkum, biri təqsirləndirilən şəxsdir.

Xəbər lenti

Xəbər lenti