...

"Sepah"la əməkdaşlıqda təqsirləndirilən dəstəyə hökm oxunub

Cəmiyyət Materials 10 Dekabr 2007 15:07 (UTC +04:00)
"Sepah"la əməkdaşlıqda təqsirləndirilən dəstəyə hökm oxunub

Azərbaycan, Bakı/ Trend müxbir K.Zərbalıyeva/ Məhkəmə "Sepah"la əməkdaşlıqda təqsirləndirilən 15 nəfərlik qrup üzvlərinə hökm elan edib.

İslam dövləti yaratmaq məqsədilə hakimiyyətin zorla ələ keçirilməsinə hazırlaşmaqda, dövlətə xəyanətdə ittiham olunan qrup üzvlərinin istintaqı Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsi tərəfindən aparılıb.

Məhkəmədən bazar ertəsi Trend ə bildirilib ki, məhkəmənin hökmü ilə Səid Dadaşbəyli, Ceyhun Əliyev, Rəşad Əliyev 14, Cahangir Kərimov , Rasim Kərimov, Samir Qocayev, Fərid Ağayev, Bəybala Quliyev 13, Mikayıl İdrisov, Emin Mehbalıyev 12, Rəşad İsmayılov, Mübariz Süleymanov 9, Faiq İsmayılov 6, Fətulla Bədirov 3 il 6 ay, Zaur Orucov 6 ay azadlqdan məhrum edilib.

Təqsirləndirilənlər özlərini dövlətə xəyanətdə təqsirli bilmirlər.

Xəbər lenti

Xəbər lenti