...

Azərbaycan Səhiyyə Nazirliyi özəl klinikalarda yoxlamaları davam etdirəcək – nazir

Cəmiyyət Materials 12 Dekabr 2007 13:06 (UTC +04:00)
Azərbaycan Səhiyyə Nazirliyi özəl klinikalarda yoxlamaları davam etdirəcək – nazir

Azərbaycan, Bakı / Trend müxbir S.Ağayeva / Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev çərşənbə günü bildirib ki, Səhiyyə Nazirliyi özəl klinikalarda yoxlamaları davam etdirəcək.

Ötən həftə Səhiyyə Nazirliyinin qərarı ilə iki özəl tibbi klinikanın - ABU Goz və ABU Endo-nun lisenziyaları ləğv olunub, "Leyla Şixlinskaya" klinikasına isə tibbi müəssisənin fəaliyyətinin standartlara cavab verməməsi səbəbindən xəbərdarlıq edilib.

Nazirin sözlərinə görə, idarə müntəzəm olaraq bütün dövlət və özəl tibbi müəssisələrdə yoxlamalar aparır.

"Bu klinikaların qəbul olunmuş normalara müvafiq olmayan fəaliyyətinin qarşısı alınacaq" - deyə nazir bildirib.

Xəbər lenti

Xəbər lenti