Azərbaycan, Bakı, 19 dekabr /müx. TrendLife İradə Əsədova/
Rusiya Mədəniyyət Mərkəzinin direktoru Svetlana Barinovanın TrendLife-a verdiyi məlumata görə, "Rusiyanın memarlıq abidəsi" mövzusunda keçiriləcək foto sərgi dekabrın 21-dən yanvarın 20-nə qədər davam edəcək. S.Barinova bundan əlavə qeyd etdi ki, dekabr ayında "Rusiya ədəbiyyatının klassikləri" mövzusunda daha bir foto sərgi keçirilib, ki, həmin sərgi bir həftə davam edib. Onun sözlərinə görə, mərkəzdə belə tədbirlər tez-tez keçirilir.