...

İstanbulda keçiriləcək lisenziya turnirində iştirak edəcək Azərbaycan yığmasının tərkibi dekabrın 25-də müəyyənləşdiriləcək

Cəmiyyət Materials 24 Dekabr 2007 16:29 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir Z.Səfərov/ Azərbaycanın aparıcı taekvondoçuları arasında yoxlanış sparrinqləri dekabrın 25-də keçiriləcək. Sparrinq yoxlamaların məqsədi İstanbulda keçiriləcək yanvar lisenziya turnirində iştirak edəcək Azərbaycan yığmasının tərkibini müəyyən etməkdir. Yığmanın baş məşqçisi Ələkbər İmaməliyevin Trend -ə verdiyi məlumata görə, Türkiyəyə yola düşəcək atletlərin adları yeni ilin sonunadək müəyyən ediləcək. "Yarışa hazırlıq həlledici mərhələyə qədəm qoyur və buna görə biz İstanbula yola düşəcək idmançıları müəyyən etməliyik. Seçim asan olmayacaq. Hər şey sparrinq yoxlamaların nəticələrinə görə həll ediləcək" - məşqçi bildirib. Bunula yanaşı, əsas diqqət 67 kq çəki dərəcəsində mübarizəyə yönələcək. Bu çəkidə Azərbaycanın ən titullu taekvondoçusu Niyaməddin Paşayevə qarşı 2006-cı il Avropa Çempionu İlkin Şahbazov mübarizə aparacaq.

Xəbər lenti

Xəbər lenti