...

NƏZƏR NÖQTƏSİ: Azərbaycan telekanalları filmlərin ana dilində yayımına hazır olduqlarını bildirirlər

Cəmiyyət Materials 27 Dekabr 2007 12:55 (UTC +04:00)
NƏZƏR NÖQTƏSİ: Azərbaycan telekanalları filmlərin ana dilində yayımına hazır olduqlarını bildirirlər

Azərbaycan, Bakı / Trend / Azərbaycan Milli Televiziya və Radio Şurasının (MTRŞ) qərarı ilə yanvarın 1-dən telekanallarda əcnəbi dillərdə filmlərin (bədii, sənədli) nümayişi qadağan olunacaq. Azərbaycan telekanalları hamısı filmlərin ana dilində yayımına hazır olduqlarını bildirirlər.

Telekanallar buna hazırdırmı? Telekanal rəhbərlərinin mövqeyi.

ANS Şirkətlər Qrupu prezidentinin müşaviri Mais Məmmədov: ANS gələn ildən filmlərin ana dilində yayımlanmasına tam hazırdır. Bunun üçün telekanalın "Dublyaj" studiyası yaradılıb və fasiləsiz fəaliyyət göstərir. Türk dilində filmlərin yayımı isə məhdudlaşdırılacaq.

"Azad Azərbaycan" (ATV) telekanalının Xəbərlər Departamentinin direktoru Natiq İbrahimov: Filmlərin ana dilində yayımı üçün telekanalda yeni "Dublyaj" studiyası qurulub. Hazırda durmadan filmlər dublyaj edilir. Mart ayına qədər filmlər yüz faiz ana dilində yayımlanacaq. Bu müddətdə ancaq məhdudlaşdırılmış formada türk dilində yayımlanacaq.

"Lider" telekanalının rəhbərliyi: Filmlərin ana dilində yayımı üçün telekanalda 4 montaj studiyası fəaliyyət göstərir. Gələn ildən filmlərin yüz faiz ana dilində yayımı üçün son bir ayda daha 2 montaj studiyası yaradılıb. Bundan başqa filmlərin dublyajı üçün 150-dən artıq aktyorla müqavilə bağlanıb.

"Space" telekanalının icraçı direktoru Kamil Şahverdiyev: Gələn ildən ilkin olaraq filmlər subtitirlərlə veriləcək. Çünki telekanalın hazırda "Dublyaj" studiyası yoxdur. Sonra tədricən filmlərin ana dilində yayımına keçiriləcək.

Sorğunu hazırladı: E.Hüseynli

Xəbər lenti

Xəbər lenti