...

Azərbaycan velosipedçisi ABŞ-da keçiriləcək Dünya Kubokuna dəvət alıb

Cəmiyyət Materials 27 Dekabr 2007 18:00 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ Azərbaycan velosipedçisi Məhəmməd Ələkbərov yanvarın ortalarında Karsonda (ABŞ) keçiriləcək Dünya kubokunda iştirak üçün dəvət alıb.

Dəvətnaməni Milli Federasiyaya Yarışlarıın Keçirilməsi üzrə Təşkilat Komitəsi və ABŞ Velosiped Federasiyası göndərib. Bununla yanaşı, qarşıdan gələn yarış yeni ildə tanınmış dünya idmançılarının iştirakıı ilə keçiriləcək ilk əhəmiyyətli beynəlxalq turnir olacaq.

Bu il Dünya kubokunun mərhələlərində iştirak edən Ələkbərov üçün ABŞ-da çıxış təcrübə toplanması baxımından əla məktəb ola bilər.

Ələkbərov Azərbaycanın ən çox perspektivli velosipedçilərindən biri hesab olunur.

Xəbər lenti

Xəbər lenti