...

Məqsədimiz Azərbaycan idmanının dünyada daha dolğun təmsil olunmasıdır - gənclər və idman naziri Azad Rəhimov

Cəmiyyət Materials 29 Dekabr 2007 11:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 dekabr/müx. Şahin Cavadsoy/

İdmançılarımızın yaşayış tərzini yüksəltmək əsas məqsədimizdir. İdmançılara və eləcə də idmanın bütün növlərinin inkişaf etdirilməsindəki xidmətlərinə görə ölkə başçısı, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev cənablarına dərin təşəkkürümüzü bildiririk. Bu açıqlamanı gənclər və idman naziri Azad Rəhimov dünən TrendLife-ın müxbiri ilə etdiyi söhbətində bildirdi. Qeyd edək ki, Xəzərə xüsusi yaraşıq verən "Yaxt Klub"da sayılıb seçilən idmançılar, idman federasiyaları və idmandan yazan jurnalistlər müxtəlif nominasiyalarda mükafata sahib oldular. Simaları geniş tamaşaçı auditoriyasına "Azəri Star+"müsabiqəsindən yaxşı tanış olan Lətafət Cəfərova ilə Əkbər Əlizadənin aparıcılığı ilə baş tutan tədbirə tanınmış sənətçilər də təşrif buyurmuşdu. Müğənnilərdən Lalə Məmmədova, Nicat Cəfərov, Xuraman Şuşalının, rəqqasələrdən Göyçək Fatimənin, qruplardan "Şeron"un çıxışları idmançılar tərəfindən xüsusi maraqla qarşılandı.

Sonda idmançılarla tək-tək görüşən nazir Azad Rəhimov rəhbərlik etdiyi qurumun həyata keçiriləcək planlarından da məlumat verdi: "Görəcəyimiz işlər həddindən artıq çoxdur. Amma əsas məqsədimiz gələn il Pekin Olimpiada oyunlarında layiqincə iştirak etməkdir. Əminəm ki, uğur bizimlə olacaq".

Xəbər lenti

Xəbər lenti