...

Vaqif Şıxəliyevin özünməxsus musiqi zövqü və sənəti var – Azərbaycanın əməkdar artisti Nisə Qasımova

Cəmiyyət Materials 11 Yanvar 2008 17:08 (UTC +04:00)

Azərbaycan, Bakı,11 yanvar /müx. TrendLife Şahin Cavadsoy

Az öncə təqdim etdiyimiz xəbərdə bildirmişdik ki, yanvarın 14 - də Mahnı Teatrında "Azəri Star+"gənc ifaçıların mahnı müsabiqəsi sona çatacaq. Üç iştirakçının yarışacağı bu mərhələdə bircə iştirakçı Vaqif Şıxəliyev öz istedadını nümayiş etdirə bilməyəcək. Belə ki, sırağagün yarımfinalda məğlub olan Vaqif, topladığı səs faizlərinin azlığına görə, "Azəri Star+"da iştirakına son verdi. Lakin finalın bir addımlığında uduzan Şıxəliyevə, yarımfinalda fəxri qonaq kimi qatılmış əməkdar artsiti Nisə xanım Qasımova tərəfindən çox güclü dəstək gəldi: "Hesab edirəm ki, Vaqif Şıxəliyevin özünməxsus musiqi zövqü və sənəti var. Ona görə də onu məğlub saymıram. Musiqiyə qiymət verməyi bacaran zövqlü dinləyicilərə bildirmək istəyirəm ki, Vaqif Rəşid Behbudov adına Mahnı Teatrının solistlərindən biridir. Əminəm ki, o, çox qısa zamanda səhnədə öz sözünü deməyə müvəffəq olacaq. Bir tərəfdən, onsuz da Vaqif "Azəri Star-2005"-in birincisidir. Məhz bu səbəbdən də, o, heç zaman ruhdan düşməməlidir".

Xəbər lenti

Xəbər lenti