...

AFFA-nın prezidenti martda seçiləcək

Cəmiyyət Materials 15 Yanvar 2008 19:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 yanvar / Trend müxbir Z.Səfərov/ AFFA prezidenti seçkilərinin tarixini Assosiasiyanın İcraiyyə Komitəsi müəyyən edəcək.

Trend -in verdiyi xəbərə görə, təşkilatın Konfrasında qəbul edilən qərara əsasən, seçkilər martda baş tutacaq. Lakin seçkilərin keçirilməsinin konkret tarixi sonra müəyyən ediləcək. AFFA-nın keçmiş rəhbəri Ramiz Mirzəyevin vəfatından sonra onun vəzifələrini bu futbol strukturunun vitse-prezidenti Elşad Nəsirov icra edib.

Konfrasın digər maraqlı anı yerli oyunçular və məşqçilərə görə klubların AFFA-ya ödədikləri üzvlük haqqının tam ləğv edilməsi olub. Onlar istisna olaraq legionerlərə və beynəlxalq sertifkikatı olmayan əcnəbi məşqçilərə aid ediləcək. Üzlvlük haqqının məbləği hər əcnəbiyə görə 10 manat təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti