...

Strasburqda Azərbaycanla bağlı məsələlər müzakirə ediləcək

Cəmiyyət Materials 16 Yanvar 2008 20:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 yanvar/ Trend , müxbir K.Ramazanova/ Siyasi məhbuslar və həbs edilən jurnalistlər, həmçinin, Azərbaycanda qarşıdakı prezident seçkisi AŞPA-nın yanvarın 21-dən 25-dək keçiriləcək qış sessiyası çərçivəsində, Monitorinq Komitəsinin iclasında yenidən müzakirə ediləcək. Bu barədə AŞPA Monitorinq Komitəsinin həmməruzəçisi Andres Herkel telefonla Trend -ə məlumat verib.

Komitənin iclasının gedişində həmməruzəçi Herkel və Yevgeniya Jivkovanın Azərbaycana fevralda nəzərdə tutulan səfəri müzakirə ediləcək.

Herkelin sözlərinə görə, Azərbaycandan əlavə, əsas məsələlər arasında Gürcüstanda yanvarın 5-də keçirilən prezident seçkisi də müzakirə ediləcək.

Xəbər lenti

Xəbər lenti