Azərbaycan, Bakı, 17 yanvar /müx. TrendLife Günel Əhmədova/
Bakı Uşaq Teatrı narkomaniyaya qarşı mübarizə mövzusunda tamaşa hazırlayır. "Xaşxaşın göz yaşı" adlı tamaşa Qırmızı Xaç Komitəsinin layihəsidir. Teatrın rəhbəri İntiqam Soltanın TrendLife-a verdiyi məlumatda bildirilirki, tamaşanın ssenari müəllifi Arzu Soltandır. Yanvarın 20-dən etibarən tamaşanın məşqlərinə start veriləcək. İ.Soltanın sözlərinə görə, tamaşa həm cəzaçəkmə müəssisələrində, həm də teatrın səhnəsində təqdim olunacaq.