...

Gürcüstanda yaşayan azərbaycanlıların gürcü cəmiyyətinə inteqrasiyası proqramı fəaliyyətə başlayıb

Cəmiyyət Materials 25 Yanvar 2008 13:52 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 25 yanvar / Trend , müxbir N.Kirtsxalia/ Gürcüstanda yaşayan azərbaycanlıların gürcü cəmiyyətinə inteqrasiyasına yönəldilmiş xüsusi proqram fəaliyyətə başlayıb. Proqramın əsas məsələsi təhsil sistemi olacaq. Bu barədə Trend ə təxminən yarım milyon etnik azərbaycanlının kompakt yaşadığı Kvemo Kartli regionunun qubernatoru Zurab Melikişvili bildirib.

Melikişvilinin sözlərinə görə, proqram çərçivəsində artıq ikinci ildir ki, Zurab Jvaniyanın adına məktəb fəaliyyət göstərir. Burada etnik azlıq nümayəndələri təhsil zamanı dövlət dilinin öyrənilməsi üçün qısa kurs keçmə imkanına malikdirlər.

"Azərbaycanlıların Gürcüstan cəmiyyətinə inteqrasiyası məsələsi onların başlıca olaraq gürcü dilini öyrənməsini nəzərdə tutur. Onlara həmçinin, doğma dillərini öyrənmək ikanı da verilir" - deyə Trend ə Təhsil və Elm Nazirliyindən "Gürcüstanda yaşayan azərbaycanlıların gürcü cəmiyyətinə inteqrasiyası" proqramını belə şərh ediblər.

Gürcüstan prezidenti Mixail Saakaşvili dünən Strasburqda, Avropa Şurası Parlament Assambleyasının iclasında, Gürcüstanda yaşayan etnik azlıqların problemlərinin həlli prioritetləri barədə çıxış edib.

Prezident qeyd edib ki, hazırlanan proqramda əsas məqsəd Azərbaycan vətəndaşlarının təhsil məsələsidir və bu istiqamətdə müəyyən işlər aparılır. Prezident bildirib ki, Gürcüstan azərbaycanlılarının təhsil problemi həll olunduqdan sonra, onların dövlət orqanlarında işlə təmin olunması prosesi sadələşəcək, həmçinin onların sosial problemləri həll olunacaq.

Xəbər lenti

Xəbər lenti