...

"Bizim varlığımız kimsəni narahat etməsin"-müğənni Natəvan Həbibi

Cəmiyyət Materials 26 Yanvar 2008 11:03 (UTC +04:00)

Azərbaycan, Bakı,26 yanvar /müx. TrendLife Şahin Cavadsoy

Bəstəkar Vaqif Gərayzadənin rəhbərlik etdiyi "W.Trio" qrupunda Röya və Elnarə ilə bərabər fəaliyyət göstərmiş Natəvan Həbibi dünən Rusiyadan geri dönüb. O, Moskva şəhərindəki restoranların birində həmyerlilərimiz qarşısında konsert proqramı ilə çıxış edib. TrendLife-a tamaşaçıları ilə səmimi görüş keçirdiyini söyləyən müğənni, sən demə, yenidən qonşu Rusiyaya yollanmağı qarşısına məqsəd qoyub: "Moskvada verdiyim konsertdən sonra, təşkilatçıların xahişi ilə yenidən Rusiyanın Vladivostok şəhərində həmyerlilərimizin qarşısında çıxış etməyi düşünürəm".

Bu yaxında müəllimi Vaqif Gərayzadədən yeni bir mahnı alan Natəvan, həmin mahnıya çəkdirəcəyi kliplə də tamaşaçıların sevimlisinə çevriləcəyini vurğuladı. Xanım Həbibi efirdə az-az görünməsinin səbəbini də açıqladı: "Mən efirə ancaq dəvət olunanda gedirəm. Bu səbəbdən də az-az görünürəm. Mən kimdənsə xahiş edə bilmərəm ki, məni verilişinə çağır. Bu mənə məxsus olmayan xüsusiyyətdir. Bilirsiniz ki, bu gün də müğənni çoxdur. İstedadı olmayanlar da üzdədir, onlar tanışlarının sayəsində efirə ayaq açırlar. Belə olan halda da verilişlərdə növbəyə düzülürlər. Hərdən həmin istedadsızlardan imkan tapıb, bizi də çağırırlar".

Müəllimi Vaqif Gərayzadədən bir təklif də aldığını söyləyən Natəvan bir vaxtlar fəaliyyət göstərmiş "W.Trio" qrupunun yenidən bir araya gəlib, layihə hazırlayacağını bildirdi: "Mən Röya və Elnarə yenə də bir layihədə görünəcəyik. Əminəm ki, bizim bu layihəmiz də uğurla baş tutacaq. O vaxta qədər mənim Vaqif Gərayzadə ilə solo bir layihəm var ki, onu da gerçəkləşdirəcəyimizdən arxayınam".  

Xəbər lenti

Xəbər lenti