Azərbaycan, Bakı, 28 yanvar /müx. TrendLife Cavid Osmanov/
Müğənni Aygün Kazımova bir neçə il bundan əvvəl olduğu kimi, yenidən teleaparıcı olacaq. Bu haqda daha ətraflı müğənni TrendLife-a danışdı: "Fevralın əvvəllərində telekanalların birində yeni layihə başlayacaq. İki saatlıq veriliş bazar ertəsindən cümə gününə kimi efirdə olacaq. Əvvəllər mənə bir saat efir vaxtı azlıq edirdi. Özümü yüz faiz göstərə bilmirdim. Məncə, bu dəfə aparıcılıq etdiyim veriliş tamaşaçıların ürəyincə olacaq".
Onu da xatırladaq ki, bir neçə il bundan əvvəl müğənninin aparıcısı olduğu veriliş böyük populyarlıq qazanmışdı.