...

Heydər Əliyev adına Sarayda təmir işləri yay ayının ortalarında başa çatacaq

Cəmiyyət Materials 31 Yanvar 2008 12:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 yanvar /müx. TrendLife Eldar Hüseynzadə/

Son vaxtlar belə söhbət gəzir ki, Heydər Əliyev adına Sarayda təmir işləri may ayında başa çatacaq. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev gəzən söhbətlərə bu cür münasibət bildirdi: "Heydər Əliyev adına Sarayda təmir işləri yay ayının ortaları başa çatacaq. Zalda Fransadan, Almaniyadan, Türkiyədən gətirilmiş müasir texnikalar quraşdırılacaq. Biz hər şey edirik ki, Sarayın zalı çox funksiyalı olsun. Daha dəqiq desək, təmirdən sonra zalda xüsusi akustika yaransın ki, burada müxtəlif tədbirlər keçirilə bilsin".

Xəbər lenti

Xəbər lenti