...

Azərbaycan jurnalistikasında kəmiyyət deyil, peşəkarlıq problemi var- prezident aparatı rəsmisi

Cəmiyyət Materials 31 Yanvar 2008 16:34 (UTC +04:00)
Azərbaycan jurnalistikasında kəmiyyət deyil,  peşəkarlıq problemi var- prezident aparatı rəsmisi

Azərbaycan, Bakı 31 yanvar / Trend , müxbir S.İlhamqızı/ Azərbaycan jurnalistikasında kəmiyyət deyil, peşəkarlıq problemi var. Trend in məlumatına görə, bu fikirləri Azərbaycan Prezident Aparatının içtimai-siyasi şöbəsinin müdir müavini Nazim İsayev cümə axşamı ABŞ səfirliyinin dəstəyi ilə jurnalistlər üçün keçirilmiş kursun yekununa dair konfransda bildirib.

ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi, Jurnalistlərin Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə, Azərbaycanda araşdırma jurnalistikasının inkişafına yardım məqsədilə, bir qrup jurnalistl üçün kurslar təşkil edilib. Kursun iştirakçıları və jurnalistlər müxtəlif sahələrə dair araşdırma - reportajlar hazırlayıblar. Yekun konfransında kursun məzunlarına diplomlar təqdim edilib.

İsayev bildirib ki, Azərbaycanda söz azadlığının qazanılmasında xeyli irələyişlər əldə olunub. "Bu baxımdan mən Azərbaycanı postsrvet məkanında qabaqçıl ölkə kimi qiymətləndirirəm. Əlbəttə , mətbuat sahəsində problemlər var. Bu, müstəqil jurnalistikanın formalaşdırılması ilə bağlıdır", - deyə İsayev bildirib.

Onun fikrincə, Azərbaycanda KİV-in sayı xeyli çoxdur, lakin peşakar jurnalistlərin sayı çox azdır. İsayev əlavə edib ki, Prezident Aparatı və Mətbuat Şurasının birgə təşəbbüsü ilə mətbuata dövlət yardımı proqramı hazırlanır.

ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi isə bildirib ki, söz azadlığı demokratiyanın təməl prinsiplərindəndir və jurnalistikada müstəqil araşdırma və şərhlərə cəmiyyətin ehtiyacı var.

Xəbər lenti

Xəbər lenti