Azərbaycan, Bakı, 13 fevral / Trend , müxbir Z.Səfərov / Azərbaycanın suya tullanma üzrə ustası Orxan Əhmədov fevralın 19-da başlanacaq lisenziya turnirində iştirak edəcək.
Trend in verdiyi məlumata görə, qarşıdakı yarışma idmançı üçün olduqca məsuliyyətli olacaq. Olimpiadaya düşmək üçün idmançı tullanmağın çətinlik əmsalı dərəcəsindən ibarət olan lazımi normativləri yerinə yetirməlidir. Beynəlxalq arenada ilk addımlarını atan Orxan, turnirin yekununa əsasən, on səkkiz nəfərin sırasına daxil olsa, yayda Pekində keçiriləcək Olimpiada-2008-də iştirak etmək imkanı qazanacaq.
Atlanta və Sidney Olimpiadalarında Azərbaycan suya tullanma üzrə proqramda, karyerasını zədə ilə bitirən Emil Cəbrayılovla təmsil olunub.