...

Azərbaycanın yüngül atletika üzrə komandası Moskvada turnirdə çıxış edəcək

Cəmiyyət Materials 13 Fevral 2008 20:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 fevral/ Trend , müxbir Z.Səfərov/ Azərbaycanın yüngül atletika üzrə komandası fevralın sonunda Moskavda keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Trend - ə verilən məlumata görə, yarışdan qabaq komandanın on günlük təlim - məşq toplantısı keçiriləcək. Komanda yığmanın baş məşqçisi Məhərrəm Sultanzadənin başçılığı ilə məşq edəcək. Bununla yanaşı, yığmanın tərkibinə Olimpiya normasını yerinə yetirən Ramil Quliyev və Ruslan Abbasov, həmçinin, üçqat tullanma ustası Sergey Boçkov, Ənvər Zeynalzadə və Teymur Abbasov daxil olublar. Onlar Pekin Olimpiadası üçün lizensiya uğrunda mübarizə aparacaqlar.

Bir müddət əvvəl komanda seçim startlarına hazırlıq mərhələsi olan bir neçə beynəlxalq turnirdə çıxış edib.

Xəbər lenti

Xəbər lenti