...

Beş Azərbaycan cüdoçusu Pekin Olimpiadasına düşmə şansını saxlayır

Cəmiyyət Materials 14 Fevral 2008 16:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 fevral / Trend , müxbir Z.Səfərov/ Avropa Cüdo İttifaqının (EJU) növbəti lisenziya reytinqinin yekunu üzrə beş Azərbaycan cüdoçusu Pekin Olimpiadasına düşmə şansını saxlayır.

Ramil Qasımov ( 66 kq), Mehman Əzizov ( 81 kq), Elxan Məmmədov ( 90 kq), Mövlud Mirəliyev ( 100 kq) və Kifayat Qasımova ( 57 kq) ranq cədvəlində aparıcı mövqedə qərarlaşıblar. Yuxarıda adı çəkilən idmançılardan yalnız Qasımov son lisenziya turnirlərində gücünü tam səfərbər etməlidir. Ramil ranq cədvəlində yeddinci yerdə qərarlaşıb. Onun aktivində 80 xal var. O, Serbiyadan olan Miloş Miyalkoviç və ilk onluğu qapayan polşalı Tomaş Adametsanı14 xalla qabaqlayır. İdmançılar olduqca sıx qruplaşıblar və rəqiblərindən uzaqlaşmaq üçün Ramil yaxın günlərdə Avstriyada keçiriləcək Dünya kubokunda uğurlu çıxış etməlidir.

Xəbər lenti

Xəbər lenti