...

Azərbaycan Opera və Balet Teatrında "Xeyir və şər" baletinin primyerası olacaq

Cəmiyyət Materials 16 Fevral 2008 12:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 fevral /müx. TrendLife Eldar Hüseynzadə/

Opera və Balet Teatrının kollektivi "Xeyir və şər" baleti üzərində çalışır. Teatrın mətbuat xidmətindən TrendLife-a verilən məlumata görə, fevralın 27-də teatrın səhnəsində "Xeyir və şər" baletinin primyerası olacaq. Balet Nizami Gəncəvinin "Xəmsə"sinin motivləri və Tofiq Bakıxanovun musiqisi əsasında qurulacaq. Tamaşada Gülağası Mirzəyev, Rimma İsgəndərova, Yelena Skomoşerenko və Samir Səmədov kimi əməkdar artistlər rol alıb.

Xəbər lenti

Xəbər lenti