...

Elariz Türkiyə telekanalında konsert proqramı ilə çıxış edəcək

Cəmiyyət Materials 20 Fevral 2008 11:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 fevral /müx. TrendLife Günel Əhmədova/

Müğənni Elariz bu yaxınlarda Türkiyəyə səfərdən qayıdıb. Təəssüratlarını TrendLife-la bölüşən müğənni bildirdi ki, səfərinin məqsədi istirahət yox, qardaş ölkənin yerli televiziya kanallarının biri ilə işbirliyi qurmaq olub. Buna nail olan müğənni adını hələ ki, açıqlamaq istəmədiyi telekanalla qurduğu işbirliyi ilə ilk növbədə konsert proqramının çəkilişlərini gerçəkləşdirəcəyini söylədi. Elariz bir saata yaxın sürəcək telekonsert proqramında repertuarından sevilən mahnılarını ifa edəcək. Onun məqsədi Türkiyə tamaşaçılarını öz karyerası ilə tanış etməkdir. Bundan başqa, kanalın vasitəsilə müğənninin həm konsert proqramının DVD versiyası, həm də yeni albomunun hazırlıqları Türkiyədə həyata keçiriləcək.

Hazırda isə müğənni musiqisi Nadir Əzimova, sözləri Bəxtiyar Qaracaya məxsus "Əllərinlə qucaqla" adlı mahnının üzərində işləyir. Bəstəkar Eldar Mansurovun şair Pənah Rüstəmin sözlərinə yazdığı "Gəl, sevimli yar" adlı mahnısına çəkdirdiyi klipin artıq hazır olduğunu bildirən müğənni ənənəsinə sadiq qalaraq, yaxın günlərdə klipi ilkin olaraq media nümayəndələrinin müzakirəsinə çıxaracaq.

Xəbər lenti

Xəbər lenti