...

Müğənni Coşğun Viləş yunan poeziyası ilə maraqlanır

Cəmiyyət Materials 22 Fevral 2008 13:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 fevral /müx. Türkan İmaməliyeva/

Müğənni Coşğun Viləş bəstəkar Gövhər Həsənzadə ilə işbirliyinə başlayıb. Belə ki, xanım bəstəkar müğənniyə "Gedəcəyəm" adlı mahnı yazıb. Mahnının sözləri yunan poeziyasından götürülmüş nümunədir. Sadəcə, Gövhər xanım sözləri doğma dilimizə tərcümə edib. Bu barədə TrendLife-a məlumat verən müğənni bunları söylədi: "Mahnı demək olar ki, hazırdır. Yaşar Baxış mahnını aranjeman edir. Bu musiqi mənim digər oxuduğum mahnılardan fərqlənir. Mahnıya təqdimat keçirdikdən sonra ona ekran həyatı verməyi düşünürəm".

Bundan əlavə, müğənni onu da qeyd etdi ki, yaxın zamanlarda Azər Nəsibova məxsus "Varmı" adlı daha yeni bir mahnı təqdim edəcək: "Bu bəstəkarla əməkdaşlıq etmək mənə uğur gətirir. Çox lirik mahnıdır. Musiqiyə qulaq asanda yorulmursan. Düzünü desəm, əgər bu mahnını Azər mənə Gövhər xanımdan əvvəl versəydi, birinci onu ekranlaşdırardım".

Xəbər lenti

Xəbər lenti