...

İsrailin Akko şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

Cəmiyyət Materials 26 Fevral 2008 15:01 (UTC +04:00)

İsrail, Qüds, 26 fevral / " , müxbir R.Abdullayev / Çərşənbə axşamı Akko şəhərində (İsrailin şimalı) Şimali İsrailin Azərbaycan cəmiyyətinin Xocalı soyqırımı qurbanlarının Anım Gününə həsr olunmuş tədbiri baş tutub.

Xocalı faciəsi 1992-ci il fevralın 26-da erməni silahlı qüvvələri tərəfindən Azərbaycanın Dağlıq Qarabağ regionunun fəal işğalı zamanı baş verib. Azərbaycanın rəsmi məlumatlarına görə, 613 nəfər öldürülüb (onlardan 106 qadın və 83 uşaq), 1275-dən çox insan əsir düşüb, 150 nəfərin aqibəti naməlumdur, 487 nəfər isə şikəst edilib və əlil qalıb.

"AZİZ" Beynəlxalq Assosiasiyasının vitse-prezidenti, Akko bələdiyyəsinin deputatı Şirin Nexamiya Mixaeli deyib ki, Azərbaycan və yəhudi xalqlarının qarşılıqlı əlaqələr tarixi dostluq və qarşılıqlı anlaşmanın gözəl nümunəsidir. "Hətta İsraildə, baxmayaraq ki, 16 il ötüb, Azərbaycan xalqının yaşadığı bu qorxunc faciəni biz heç vaxt unutmayacağıq. Biz Azərbaycının qısa müddətdə ərazi bütövlüyünün bərpa olunmasını və azərbaycanlı qaçqınların doğma evlərinə qayıtmalarını arzulayırıq" - Mixaeli deyib.

İsrail Azərbaycanlıları Konqresinin Şimal nümayəndəliyinin başçısı Bəbir Namazov deyib ki, "ermənilərin törətdiyi cinayət cəzasız qalmamalıdır, Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən qınanmalıdır, dünya ölkələrinin parlamentləri Xocalı soyqırımına beynəlxalq, siyasi-hüquqi qiymət verməlidir". Çıxışının sonuda, o, Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr etdiyi şeirlərini oxuyub.

Tədbirdə Azərbaycan cəmiyyətinin nümayəndələri bildiriblər ki, Azərbaycanda tarixən azərbaycanlılar və yəhudilər arasında tolerantlıq mühiti mövcud olub. Onlar qeyd ediblər ki, yəhudilər yüz illərdir ki, azərbaycanlılarla çiyin-çiyinə dostluq şəraitində yaşayırlar. Çıxış edənlər qeyd ediblər ki, İsraildə yaşayan 70 mindən artıq Azərbaycandan gəmiş insanlar - böyük qüvvədir. "Azərbaycandan çıxanlar hər yerdə yaşaya bilərlər, lakin onlar azərbaycanlı olduqlarını, həmçinin ermənilər tərəfindən yandırılan və məhv edilən Xocalı şəhərinin faciəsini unutmamalıdırlar" - Şakir Mustafayev qeyd edib.

Tədbirdə foto və videomateriallarlar nümayiş olunub, Heydər Əliyev Fondu tərəfindən hazırlanmış, Xocalı soyqırımı ilə bağlı həqiqətləri işıqlandıran kitabçalar və nəşrlər paylanılıb.

Xəbər lenti

Xəbər lenti