...

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı regionlara sərmayə qoyulması üçün təbliğat işi aparılır

Cəmiyyət Materials 29 Fevral 2008 14:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 fevral / Trend , müxbir S.İlhamqızı/ Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi hazırda digər dövlət orqanları ilə birlikdə Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı regionların sosial-iqtisadi inkişafını təmin etmək məqsədilə Gürcüstan əsilli iş adamlarının həmin regionlara sərmayə qoyması istiqamətində təbliğat işi aparır. Bu barədə Dövlət Komitəsinin sədri Nazim İbrahimov açıqlama erib.

Dövlət Komitəsi həmçinin Gürcüstanın azərbaycanlılar yaşayan kəndlərində abadlıq işlərinin aparılması üçün Gürcüstan əsilli sahibkarlarla görüşlərin təşkilini planlaşdırır. Dövlət Komitəsi tərəfindən Gürcüstanda Azərbaycan dilində nəşr olunan "Gürcüstan" qəzetinin maddi-texniki təchizatının yaxşılaşdırılması, habelə tiraj və dövriliyinin artırılması üçün müəyyən maliyyə vəsaitinin ayrılması, Azərbaycan-Gürcü və Gürcü-Azərbaycan lüğətinin və danışıq kitabçasının hazırlanması üçün maliyyə vəsaitinin ayrılması da nəzərdə tutulub.

Komitə sədri onu da deyib ki, Dövlət Komitəsi Tbilisi, Rustavi və Marneuli şəhərlərində azərbaycanlıların hüquq-müdafiə mərkəzlərinin yaradılması, habelə Azərbaycanın milli və dövlət bayramları günlərində soydaşlarımızın kompakt yaşadığı bölgələrdə mədəni-kütləvi tədbirlərin təşkili istiqamətində də iş aparır.

Xəbər lenti

Xəbər lenti