...

Azərbaycanlıların ÜmumQazaxıstan Qurultayı yazda Astanada keçiriləck

Cəmiyyət Materials 1 Mart 2008 14:38 (UTC +04:00)

Qazaxıstan, Astana, 01 mart / Trend , müxbir K.Konırova / Qazaxıstanda yaşayan azərbaycanlıların qurultayı bu ilin yazına planlaşdırılır. Bu haqda Trend -un xüsusi müxbirinə Astanadakı "Xəzər"Azərbaycan diasporunun sədri Vidadi Ağayev məlumat verib.

"Qurultayın dəqiq vaxtını hələ deyə bilmərik. Hələ ki, hazırlıq proseslri gedir. Ehtimal olunur ki, biz tədbiri aprel ayında Astanada Novruz bayramından sonra keçirəciyik" - deyə Ağayev bildirib.

"Onun sözlərinə görə, qurultayın keçirilməsi ideyası Astanadakı diaspora məxsusdur.

Biz "Turan-ekspress" respublika qəzetində tədbirin keçirilməsi haqqında müraciət dərc etdirmişik. Qazaxıstandakı bütün diaspor və mədəni mərkəzlərə məktublar göndərmişik."- deyə paytaxt diasporunun rəhbəri məlumat verib.

Onun sözlərinə görə, hazırda yerldərdə hazırlıq işləri gedir. Qurultaya nümayəndələrin seçilməsi üzrə yığıncaqlar keçirilir. Bundan sonra qurultayın dəqiq tarixi məlum olacaq.

"Qazaxıstan-Azərbaycan" Asossasiyasının birinci vitse-prezidenti , "Turan-ekspress" qəzetinin redaktoru Vidadi Salahovun sözlərinə görə, Azərbaycanlıların ÜmumQazaxıstan Qurultayının əsas məqsədi vahid respublika Asossasiyası yaratmaq və Qazaxıstandakı bütün Mədəni Mərkəzlərin fəaliyyətini əlaqələndirməkdir. "Türk dünyasına inteqrasiyanın vahid mövqeyini yaratmaq və türkdilli xalqların birliyi şəraitini yaratmaq lazımdır" - deyə Salahov bildirib. . 

Xəbər lenti

Xəbər lenti