...

İşçi qrupun toplantısında həbsdə olan jurnalistlərin və xəstə məhkumların əfv olunması ilə bağlı müzakirələr aparılıb

Cəmiyyət Materials 6 Mart 2008 12:49 (UTC +04:00)
İşçi qrupun toplantısında həbsdə olan jurnalistlərin və xəstə məhkumların əfv olunması ilə bağlı müzakirələr aparılıb

Azərbaycan, Bakı, 06 mart / Trend , müxbir KZərbalıyeva/ İnsan hüquqları üzrə hakimiyyət nümayəndələri və hüquq müdafiəçilərindən ibarət İşçi qrupun toplantısında həbsdə olan jurnalistlərin və xəstə məhkumların əfv olunması ilə bağlı müzakirələr aparılıb.

Bu barədə cümə axşamı Trend ə hüquq müdafiəçisi Sahib Məmmədov məlumat verib.

Məmmədov bildirib ki, iclasda xəstə məhkumların məhkəmə qaydasında vaxtından əvvəl azadlığa buraxılması və ya prezident tərəfindən əfv olunması zəruri sayılıb. Belə məhkumlar sırasında sabiq polis rəisi Müşfiq Mədətov və Milli Qəhrəman Rasim Əkbərovun adı hallandırılıb.

Hüquq müdafiəçiləri hazırda məhkəməsi keçirilən "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidin barəsində həbslə əlaqədar olmayan cəzanın çıxarılmasını və bununla da problemin həllini tövsiyə ediblər.

Məmmədov bildirib ki, həbsdə olan jurnalistlər Mirzə Sakit və Eynulla Fətullayev əfv ərizəsi yazmasalar belə, prezident onları bağışlaya bilər.

İşçi qrupun növbəti iclasının apreldə keçirilməsi qərara alınıb.

Azərbaycanda hazırda 3 jurnalist həbsdədir. Onlardan iksi - "Azadlıq" qəzetinin əməkdaşı Mirzə Sakit qanunsuz olaraq narkotik maddə saxlamada ittiham olunaraq 3, "Gündəlik Azərbaycan" qəzetinin baş redaktoru Eynulla Fətullayev isə terrorçuluqla hədələmədə, vergidən yayınmada günahkar bilinərək 8 il azadlıqdan məhrum edilib.

Xuliqanlıqda ittiham olunan "Azadlıq" qəzetinin baş redaktorunun barəsində məhkəmə prosesi davam edir.

Xəbər lenti

Xəbər lenti