...

Mənim sevgilim var- xalq artisti Arif Quliyev

Cəmiyyət Materials 7 Mart 2008 18:22 (UTC +04:00)

Azərbaycan, Bakı,0 7 mart /müx. TrendLife Safura/

Xalq artisti Arif Quliyev 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə İncəsənət Universitetində dərs dediyi 4 tələbəsini təbrik etdiyini bildirdi. Tələbələrinə bayram münasibəti ilə hər birinə şokolad və qiyməti 20 manat olan ətir alıb. Xalq artisti evdəkiləri də razı saldığını deyərək, qızına, gəlninə və həyat yoldaşına ətir aldığını söylədi: "Həyat yoldaşımın hədiyyəsi qızım ilə gəlinimin hədiyyəsindən bir qədər baha başa gəldi . O, məndən 150 ABŞ dollar qiymətində büllur vaz istəmişdi. Arzusunu yerinə yetirdim. Elə bilirsiz hədiyyələr bununla bitdi? Əlbəttə, yox. Mənim bir sevgilim var. Ona da don aldım" -deyən Arif Quliyev açıq- aşkar sevgilisinin olduğunu söylədi.

"Bəs, qorxmursunuz, həyat yoldaşınız duyar"?-sualına müğənni bu cür cavab verdi.

"Mən evdəkilərdən heç nəyi gizlətmirəm. Pərəstişkarlarım, qadın dostlarım çoxdur. Biz onlarla görüşürük, söhbətləşirik, yeyib-içirik. Ümumiyyətlə, sizə bir söz deyim. Mən 28 il bundan əvvəl ailə quranda belə bir şərt kəsmişdim. Hardasan, kiminləsən, nə vaxt gələcəksən sualını mənə verməsinlər. Çünki mən aktyoram. Hələ indiyə qədər ailəmizdə belə suallara tuş gəlməmişləm. Yəqin, bundan sonra da tuş gəlmərəm".

Xəbər lenti

Xəbər lenti