...

Hikmətin yasından sonra bəzi dostlarımız münasibətini soyutdular –bəstəkar Nailə Mirməmmədli

Cəmiyyət Materials 7 Mart 2008 18:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 mart /müx. TrendLife Günel Əhmədova/

"Fəaliyyətim haradasa mənə təskinlik verir. Amma Hikməti unuda bilmirəm. İndi həm onun, həm də öz yerimə işləyirəm. Bu, mənə çox kömək olur. Ölümündən bir neçə ay öncə Hikmət Mirməmmədli bir neçə mahnı bəstələyib və onları nota köçürüb. Həmin bəstlərin eşidilməsi arzusundayam" - deyən Nailə Mirməmmədli TrendLife-ın müxbiri ilə söhbətinin davmaında bunları dedi:

"Bu gün ən yaxın köməkçim bacım və qızımdır. Ailəmizə sadiq qalan müğənnilərimiz də var. Hərdən rəfiqələrim mənə baş çəkirlər. Lakin bir çox yaxın dostlarımız Hikmətin yas mərasimindən sonra münasibəti soyutdular. Fikirləşdilər, yəqin, kiməsə ağız açar, köməklik istəyərəm. Mənim maddi yox, mənəvi dəstəyə ehtiyacım var. Hikməti, daha sonra anamı itirdim. Bunları həzm etmək, səbirli olmaq çətindir. Belə gündə insan dost məsləhətinə ehtiyac duyur, daima yanında olmaqlarını istəyir. Amma vəziyyət mənim yaxşını pisdən ayırmağıma imkan yaratdı. İndi ancaq yaxın dostlarıma güvənirəm".

Övladları üçün həm ata, həm də ana olmağa çalışdığını əlavə edən Nailə Mirməmmədli təkliyə qapananda ürəyinin qubar etdiyini söylədi. Bu cür hallar daha çox bəstəkarın mətbuat və televiziyaya müsahibələrindən sonra baş verir: "Bəlkə də, insanlar düşünürlər ki, özümü topalya bilmişəm, çünki camaat içində belə görünməyə çalışıram. Təklikdə qalanda, vəziyyət dəyişir. Bircə təsəllim övladlarımdır. Onları ayaqda tutmaq üçün çalışmalıyam".

Xəbər lenti

Xəbər lenti