...

Gimnastlar Aliyə Qarayeva və Dinara Gimatova Azərbaycan çempionatının son günündə hərəyə iki qızıl medal qazanıblar (video)

Cəmiyyət Materials 7 Mart 2008 20:20 (UTC +04:00)
Gimnastlar Aliyə Qarayeva və Dinara Gimatova Azərbaycan çempionatının son günündə hərəyə iki qızıl medal qazanıblar (video)

Azərbaycan, Bakı, 07 mart / Trend , müxbir Z.Səfərov/ Bakıda Olimpiya Kompleksində keçirilən Azərbaycan çempionatında gimnast Aliyə Qarayeva ayrı-ayrı tapşırıqlarda iki qızıl medal qazanıb.

Trend xəbər verir ki, yarışın son günü idmançı ip və gürzlərlə oyunda ən yaxşı çıxış edib. Proqramın birinci növündə Aliyə Dinara Gimatova və Anna Qurbanovanı qabaqlayıb, onlar müvafiq olaraq, ikinci və üçüncü yerləri tutblar. Gürzlərlə nömrədə isə o, turnir protokolunda Qurbanova və rusiyalı Yana Sledçikdən qabaqda olub.

Halqa və lentlə oyunda Gimatova liderliyi ələ alıb. Birinci halda o, Qurbanovanı və Qazaxıstandan Marina Petrakovanı geridə qoyub, lentlə oyunda isə, Qurbanova və Qarayevanı qabaqlayıb.

Xəbər lenti

Xəbər lenti