...

Novruz bayramına qədər sürprizlərim var – xalq artisti Teymur Mustafayev

Cəmiyyət Materials 12 Mart 2008 12:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 mart /müx. TrendLife Şahin Cavadsoy/

8 Mart qadınlar bayramından sonra çox xərcə düşdüyünü etiraf edən xalq artisti, tamaşaçıların "əmi" deyə müraciət etdikləri Teymur Mustafayev, indi bütün pərəstişkarlarını sevindirmək qərarına gəlib. TrendLife-a danışan sənətkar sürprizləri barəsində bunları söylədi: "Səbuhi" səs-yazma studiyasının rəhbəri Hacı Mübarizlə danışığımız olub ki, Novruz bayramı ərəfəsində yeni bir audio-kasset və diski pərəstişkarlarımın ixtiyarına təqdim edək. Bu il əminin 70 illik yubileyidir. Həm də sənətdə olmağımın və eləcə də evlənməyimin 50 illik yubileyləri üst-üstə düşür. İnşallah bütün bu xoş günləri qeyd etməyi düşünürəm. Allah ömür versə, mədəniyyət saraylarının birində ilin sonuna kimi konsert proqramı ilə çıxış edəcəyəm. Əmi deyir ki, qəti qorxusu yoxdur. Ancaq sürprizlər var".

Xəbər lenti

Xəbər lenti