...

Qrossmeyster Vüqar Həşimov Fransada klub turnirində iştirak edəcək

Cəmiyyət Materials 12 Mart 2008 15:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 mart / Trend , müxbir Z.Səfərov/ Azərbaycanlı qrossmeyster Vüqar Həşimov mart ayının ikinci yarısında Fransada keçiriləcək klub turnirində iştirak edəcək.

Bu, Avropa birinciliyinin komanda hesabı üzrə bürünc mükafatçısı üçün Bakıda keçiriləcək FİDE Qran-Prisinin birinci mərhələsi öncəsi son yoxlama yarışı olacaq.

O, Beynəlxaq Federasiyanın yeni oyununa yarış təşkilatçıları tərəfindən FİDE-yə təqdim olunan kvota qaydaları əsasında buraxılıb.

Bununla yanaşı, bu yaxınlarda Fransada keçirilən "Kapella La Qrande" turnirində qələbəni nəzərə alsaq Vüqar mövsümün startında yaxşı formadadır.

Təqvimə əsasən, Vüqar həmçinin yarışın Soçi, Qətər və Elistedə keçiriləcək mərhələlərində iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti