...

Azərbaycan hökuməti ABŞ Dövlət Departamentinin insan hüquqları sahəsində vəziyyətlə bağlı hesabatı ilə razılaşmır

Cəmiyyət Materials 13 Mart 2008 18:20 (UTC +04:00)
Azərbaycan hökuməti ABŞ Dövlət Departamentinin insan hüquqları sahəsində vəziyyətlə bağlı hesabatı ilə razılaşmır

Azərbaycan, Bakı, 13 mart / Trend , müxbir S.İlhamqızı/ Azərbaycan hökuməti ABŞ Dövlət Departamentinin insan hüquqları sahəsində vəziyyətlə bağlı 2007-ci il hesabatı ilə razılaşmır. Trend un məlumatına görə, bu fikirləri Azərbaycanın Prezident Aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov açıqlayıb.

Həsənov bildirib ki, Dövlət Departamentinin Azərbaycanla bağlı hesabatında konstruktiv tənqidlə yanaşı, ölkədə demokrtiyanın inkişafı, insan hüquqlarının, o cümlədən söz və mətbuat azadlığının təmin edilməsi istiqamətində bütün nailiyyətlər əks etdirilməyib. Onun fikrincə, hesabatda obyektivliyi şübhə doğuran mənbələrdən daxil olan məlumatlardan istifadə edilib, bir sıra faktlar təhrif edilib: "Həmçinin, dövlət rəsmilərinin bəzi çıxışları düzgün şərh edilməyib, onlar qeyri-dəqiq əks olunub. Hesabatda əksini tapmış fikir və iradların çoxu bu sahələrlə bağlı məlumatsızlıqdan və məsələnin kökünün dərindən araşdırılmamasından irəli gəlir. Hesabatın ümumi qiymətləndirilməsi ilə razılaşmaq mümkün deyil" - deyə Həsənov qeyd edib.

O, həmçinin, bildirib ki, son illər ərzində Azərbaycanda demokratiyanın, insan hüquqlarının möhkəmləndirilməsi, insan kapitalının hərtəfərli inkişafı sahəsində işlər görülüb. Yeni, uzunmüddətli proqramlar qəbul edlilməsi bu istiqamətdə görülən işləri gücləndirmək məqsədi daşıyır.

"Hökumət 20 il ərzində davam edən Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində yaranmış 1 milyondan çox qaçqın və məcburi köçkünün fundamental hüquqlarının pozulması və bunun isnan hüquqlarının ümumi vəziyyətinə təsir göstərdiyini xüsusi qeyd etməyi vacib sayır. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı nəticəsində, Azərbaycan hökuməti bu ərazilərdə öz vətəndaşlarının, o cümlədən erməni vətəndaşlarının hüquqlarını təmin edə bilmədiyini bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırır"-deyə Prezident Aparatı rəsmisi bildirib.

Xəbər lenti

Xəbər lenti