...

Mətbuat Şurasının sədri hesab edir ki, Azərbaycanda jurnalistlərə edilən hücumlar KİV-in zəif iqtisadi dayağı ilə bağlıdır

Cəmiyyət Materials 14 Mart 2008 16:01 (UTC +04:00)
Mətbuat Şurasının sədri hesab edir ki, Azərbaycanda jurnalistlərə edilən hücumlar KİV-in zəif iqtisadi dayağı ilə bağlıdır

Azərbaycan, Bakı, 14 mart/ Trend , müxbir K.Ramazanova/ Mətbuat Şurasının sədri Əflatun Amaşov hesab edir ki, Azərbaycanda jurnalistlərə edilən hücumlar KİV-in zəif iqtisadi dayağı ilə əlaqədardır.

"Nə qədər ki, Azərbaycan KİV-in iqtisadi dayağı yoxdur, jurnalistlərə münasibətdə belə cinayətlər davam edəcək" - cümə günü Amaşov "Azadlıq" müxalifət qəzetinin yaralanmış jurnalisti Aqil Xəlillə görüşdən sonra bildirib.

Martın 13-də axşam saat 8-də naməlum şəxslər tərəfindən "Azadlıq" qəzetinin əməkdaşı Aqil Xəlilin ürək nahiyəsinə ağır bıçaq zərbəsi vurulub. Jurnalisti Kliniki Tibbi Mərkəzə çatdırıblar və burada əməliyyat olunub.

"Azərbaycan KİV müxtəlif strukturlara və insanlara xidmət edir, buna görə də belə hadisələrin sayı artır" - Amaşov bildirib.

Onun sözlərinə görə, Mətbuat Şurası faktın araşdırılması üçün Baş Prokurorluğa və Azərbaycan DİN-ə müraciət edib. "Seçkilər ərəfəsində belə cinayətin edilməsinin kimə sərfəli olduğunu araşdırmaq lazımdır" - Şura rəhbəri bildirib.

Xəbər lenti

Xəbər lenti