...

Müğənni Elnarə – mən Aygün xanıma əcnəbi dildə mahnı oxumağı öyrətmişəm

Cəmiyyət Materials 15 Mart 2008 13:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 mart /müx. TrendLife Günel Əhmədova/

"W trio" qrupunun onun sayəsində peşəkar səhnəyə gəldiyini iddia edən Əməkdar artist Aygün Kazımovanın fikri ilə qrupun keçmiz üzvləri razılaşmırlar. Artıq KİV-də mövzu ilə bağlı Natəvan Həbibinin fikirləri yer alıb. Qrupun daha bir üzvü Elnarə isə, mövqeyini TrendLife-da bildirib:

"Rəfiqələrimdən fərqli olaraq, mənim Aygün Kazımova ilə münasibətim normaldır. Efirdə Natəvana dəstək olmağım da normal qəbul olunmalıdır. Çünki bu, mənim azad fikrim olub".

Mövzuya gəlincə, qrupun yetişməsində və peşəkar səhnəyə çıxmasında o, Vaqif Gərayzadənin xidmətlərini xüsusi vurğulayıb. Daha sonra müğənni deyib:

"Şəxsən mən Aygün xanıma əcnəbi dildə mahnı oxumaqda yardım etmişəm. Birlikdə ingilis və portuqal mahnıları öyrənmişik. Bizim cəbhə bölgələrində birgə konsertlər verməyimizin təşəbbüskarı həyat yoldaşım olub. Həmin konsertlərə görə, biz diplom və mükafatlara layiq görülmüşük. Aygün xanımın da mənə çox köməyi dəyib".

Xəbər lenti

Xəbər lenti