...

Sənətçilərin qulaq falı

Cəmiyyət Materials 18 Mart 2008 16:59 (UTC +04:00)

Azərbaycan, Bakı 18 mart /müx.TrendLife Günel Əhmədova/

Novruz bayramının maraqlı ənənələrindən biri fala baxmaq, qapı pusmaqdan ibarətdir. Subayllar axır çərşənbənin adətlərinə xüsusilə əməl edirlər. Adi vətəndaşlar kimi, sənət adamları sırasında da, bayramın əlamətəlrinə inananlar və inanmayanlar var. TrendLife-a bu gün kimlərin fal açacağı, qapı pusağacı, kimin duzlu çörək yeyib gələcək həyat yoldaşının yuxusuna gələcyinə yoxlayacağını öyrənməyə çalışdıq.

Müğənni Xatirə İslam milli adət-ənənələrimizi sevdiyini və bayram günlərində bundan bəhrələndiyini diqqətə çatdırdı. Müğənninin əlavəsinə görə, çərşənbə axşamının fallarına qismən inanır. Hətta məşhur olduğu dövrlərdən o, qulaq falına çıxıb və gələcək planları barədə nə isə öyrənməyə çalışıb. Taleyi ilə də maraqlanan müğənni qulağının adətən yaxşı sözlər eşitdiyini söylədi: "Əksər hallarda qulaq falları düz çıxır, mən bunu təcrübəmə əsaslanaraq deyirəm. Sənətə təzə-təzə gələndə öyrənmək istəyiridm ki, yaradıcılıq layihələrim həllini tapa biləcək, yoxsa yox. Eşitdiyim hər bir sözün bir məna kəsb etdiyini qarşıdakı aylarda hiss etməyə başladım. Bu gün də qulaq falına çıxmağı düşünürəm. Amma gündüz saatlarında bir neçə çəkilişim var, vaxtında işimi yekunlaşdıra bilsəm, həm taleyimlə, həm də planlarımla bağlı qulaq falına çıxacam".

Artıq ailə həyatı quran və buna baxmayaraq, fal açan müğənni Elnarə bir qədər təcrübəsindən danışdı:

"Çərşənbə axşamı, adətən, üzük falına baxırdıq. Qızlarla bir otağa çəkilib saçımızla nişan üzüyünü suya salıb, onun neçə dəfə fırlandığını izləyirdik. Bu fal məni heç vaxt yanıltmayıb. Sıra mənə çatanda qızlar hadisəni xüsusilə izləyirdilər. Çünki hər il üzük 26-da dayanırdı. Elə həmin yaşda da ailə həyatı qurdum. İndi yenə həmin fala baxacağam, amma başqa məqsədlə. Yəni, konsert layihəm hansı tarixdə reallaşacaq, və s.".

Bayram günü ailəsi ilə birlikdə olacağını diqqətə çatdıran müğənni əlavə etdi ki, şou-proqramlara qatılmaq fikrində deyil: "Hazırda övladımla məşğulam, hətta bu gün üçün nəzərdə tutulan planlarımı təxirə salmışam. Çünki mənim üçün qızımın qayğısını daha önəmlidir. Bayram günü ailəmilə birilkdə evdə olacağam. Heç bir şou-proqrama qatılmaq fikrim yoxdur. Həm də deyirlər ki, bayram günü evdə olmayan 7 il bunun əziyyətini çəkir".

Bizim adət-ənənələrlə çoxdan maraqlanan müğənni Manana hələ bir neçə il əvvəldən başlayaraq, qulaq falına çıxdığını və qızların fal məclisnidə iştirak etdiyini söylədi. Müğənni deyir ki, hər bir xalqın özünəməxsus inancları var və insanların ondan istifadə etməsi qəbahət deyil: "Hələ ailə həyatı qurmazdan əvvəl qulaq falına çıxmışdım. Maraqlı sözlər eşitdim və bir neçə ay öncə onun bəhrəsini gördüm".

Manana da bayramı ailəsi ilə birlikdə keçirəcəyini və yaxın günlərdə Güröüstana səfər edəcəyini əlavə etdi.

Müğənni Sevda Ələkbərzadənin etirafına inansaq, müğənni artıq inancların simvolik məna daşıdığını qeyd etdi:"Düzdür, vaxt olub, qulaq falına çıxmışam, qonşularımıza papaq atmışam. Amma indi bunların heç birindən istifadə etmirəm. Ümumiyyətlə, mənə elə gəlir ki, inanclar simvolik xarakter daşıyır. Düzdür, uşaq yaşlıramda mən də hamı kimi inanmışam. Amma indi başa düşürəm ki, bunlar, sadəcə, bayramın adətləridir və insanlar maraq dairələrini bununla genişləndirməyə çalışırlar".

Novruz bayramı günü şou-proqramlara qatılamayacağını diqqətə çatdıran müğənni yalnız tele-kanalların verilişlirəndə iştirak etdiyini söylədi.

Əməkdar artist Brilyant Dadaşova isə, uşaqlığında olduğu kimi, indi də inanclara bağlı adam olduğunu və milli ənənələrimizdən maksimum bəhrələndiyini söylədi:"Yadıma gəlir, 88-ci ildə Naxçıvanda qastrol səfərində idik. Muxtar Respublikanın mədəniyyət naziri və bir çox sənət adamları ilə orada keçirilən bayram tədbirində iştirak edirdik. Tədbirdən qayıdarkən sıradan geri qalıb qapı pusmağa qərar verdim. Eşitdiyim "xoşbəxt olasan, ailə həyatı qurasan" kəlməsini hələ də unutmamışam. Çünki martda olan həmin hadisə iki aydan sonra bəhrəsini verdi. Yəni, mayda ailə həyatı qurdum. Onu da etiraf edim ki, qızların duzlu çörək yeməyi falına da baxmışam. Hələ yuxusunu da gördüm. Ümumiyyətlə, hər bir ailənin adət-ənələrdən bəhrələnməsi yaxşı göstəricidir. Bu adət uşaqların gələcək həyatında da özünü göstərir".

Bayramı ailəsi ilə keçirəcəyini deyən əməkdar artist şou-proqramlara qatılacağını da istisna etmədi.

Xəbər lenti

Xəbər lenti