...

Azərbaycanda həbsdə olan jurnalistlərin hazırda əfv olunması mümkün deyil - Əfv Komissiyasının üzvü

Cəmiyyət Materials 19 Mart 2008 13:15 (UTC +04:00)
Azərbaycanda həbsdə olan jurnalistlərin hazırda əfv olunması mümkün deyil - Əfv Komissiyasının üzvü

Azərbaycan, Bakı, 19 mart / Trend ", müxbir Q.Cəbiyev/ Azərbaycan Prezidenti yanında Əfv Komissiyası hesab edir ki, hazırda həbsdə olan jurnalistlərin hüquqi baxımdan əfv olunması mümkün deyil. "Prezidentə təqdim olunan siyahıda jurnalistlərin adı olmayıb" çərşənbə günü jurnalistlərə sonuncu əfv fərmanına həbsdə olan jurnalistlərin adlarının düşməməsinə münasibət bildirən Əfv Komissiyasının üzvü Azay Quliyev bildirib.

Azərbaycan prezidenti İlham Əliyev martın 18-də Novruz bayramı münasibətilə əfv fərmanı imzalayıb. Əfv fərmanı 59 nəfərə şamil edilib. Onlardan 58-i cəzadan azad edilib, 1 nəfərin cəzası isə yarıya qədər azaldılıb.

Azərbaycanda 3 jurnalist həbsdədir.

Quliyev deyib ki, Əfv Komissiyası özünün əsasnaməsinə uyğun fəaliyyət göstərir. Əsasnamədə hər hansı peşə sahibinə xüsusi güzəşt nəzərdə tutulmur. Komissiya üçün məhkəmənin qərarı keçərlidir. Onun sözlərinə görə, hazırda həbsdə olan jurnalistlərın çəkdiyi cəza yarıya qədər tamam olmadığından, onların əfvinin müzakirəsi mümkün deyildi. Quliyev hesab edir ki, yalnız gələcəkdə hüquqi çərçivədə jurnalistlərin əfvinə baxıla bilər.

Quliyev onu da vurğulayıb ki, prezident indiyə qədər Əfv Komissiyasının təqdim etdiyi siyahiya hər hansı düzəliş etməyib.

1995-ci ildən indiyə qədər prezident tərəfindən imzalanmış əfv fərmanları, sonuncusu da nəzərə alınmaqla, 4762 məhkuma şamil olunub.

Xəbər lenti

Xəbər lenti