...

Bu gün müğənnilər məni yox, mən onları axtarıram -Xalq artisti bəstəkar Şəfiqə Axundova

Cəmiyyət Materials 19 Mart 2008 17:00 (UTC +04:00)

Azərbaycan, Bakı,19 mart /müx. TrendLife Safura/ 3 yeni mahnısı hazır olan bəstəkar Şəfiqə Axundova bu mahnıları hansı müğənniyə verəcəyini bilmir:"Əvvəllər bəstəkarlardan mahnıları istəyirdilər. İndi mənim kimi bəstəkar mahnısını oxumaq üçün yaxşı müğənni axtarır. Mən mahnılarımı satmıram, hədiyyə edirəm. Açığı, pul verən də yoxdur.Versəydilər, etiraz etmədən götürərdim.Yaman kasıbçılıqdır. İndi də hazır 3 mahnım var, kimə verim,bilmirəm".

Açığı, Şəfiqə xanımın iradı məni təəccübləndirdi. Nə əcəb, bizim müğənnilər arasında kim isə tapılmadı ki, Şəfiqə xanımın adı ilə özünü reklam eləmək istəməsin- deyə düşündüm. Yadıma düşdü ki, müğənni Gülyanaq Məmmədova Şəfiqə xanımın bir mahnısını oxumuşdu,Hətta bu mahnıya çəkilən klipdə Şəfiqə xanım da çəkilmişdi. Əməkdar artist adını alandan sonra Gülyanaq Məmmədova Şəfiqə Axundovanı unutdu. Bunu Şəfiqə xanım özü deyir:

"Bu, dünyanın qaydasıdır. Məndən istifadə edib, unudurlar.Mən isə, hələ sağam."

Xəbər lenti

Xəbər lenti