...

Şəbnəm Tapdıq şou-biznesə etiraz edir

Cəmiyyət Materials 29 Mart 2008 12:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 mart/ Trend / Günel Əhmədova

Sovet dönəmində ekranların yaraşığı olan, lakin son 10 ildə özünü səhnədən və efirdən yetərincə təcrid edən müğənni Şəbnəm Tapdıq bunun səbəblərini TrendLife-a danışdı. O, hazırkı mühitə uyğunlaşa bilmədiyini, açıq-saçıqlığı ilə zövqləri korlayan sənətçilərlə bir səhnəni bölüşmək istəmədiyini bildirdi. Onların yerinə özü utanan Şəbnəm Tapdıq belələrinə özünü örnək göstərdi: "Əsil xanım səhnəyə, efirə mənim kimi çıxmalıdır. İndiki cavanlar heç məsləhətə də qulaq asmaq arzusunda deyillər".

Şou-biznesin qaydalarına etiraz edən Şəbnəm Tapdıq bunları da söylədi:

"Mən nə bu deyimi qəbul edirəm, nədəki onun qayda-qanunlarını. Səhnəyə ifratçılıq gətirən, insanların tərbiyəsindən tutmuş geyiminə qədər mənfi təsir göstərən bu şou-biznes mənə lazım deyil. Bizim keçmişimiz var, elə-belə yaranmamışıq. Mənim kimi sənətçinin şou-biznesə qatılması gülünc çıxar. Sadəcə bəzi həmkarlarım kimi mən də özümü bu aləmdən uzaq tuturam. Heç xiffətini də çəkmirəm ki, tez-tez səhnədə deyiləm".

Xəbər lenti

Xəbər lenti