...

Avropa Şurası holland rejissorunun anti- islam filmini tənqid edir

Cəmiyyət Materials 29 Mart 2008 13:10 (UTC +04:00)
Avropa Şurası holland rejissorunun anti- islam filmini tənqid edir

Azərbaycan, Bakı, 29 mart / Trend , K.Ramazanova / Holland siyasətçisi Qeert Vildersonun filmi nəzakətsizlik, xurafat və qorxu mövzusunda çirkin manipulyasiyadır. Bu barədə Avropa İttifaqının baş katibi Terri Devis və Avropa İttifaqı baş katibinin müavini Mod de Bur-Bukikkionun təşkilatın saytında yer almış bəyanatında bildirilir.

"Bu, filimdə əhmiyyətli yer alan və ekstremistlərin xeyrinə olan adi təbliğatdır. Film Avropadakı zorakılığa qarşı çıxan və ümumi dəyərləri qəbul edən islam tərəfdarlarının çoxunu məyus edəcək" - deyə bəyanatda bildirilir.

Filmin müəllifi, holland deputat Vilders mart ayının 27-də internetdə Quran haqqında qalmaqallı film yerləşdirib. Film artıq Avropanın müsəlman ictimaiyyəti arasında yeni etiraz dalğası yaradıb.

"Fitnə" sənədli filmi islamı dünya təhlükəsi kimi təsvir edir. Filmdə Nyu-Yorkdakı 2001-ci il 11 sentyabr terror aktı və 2004-cü ildə holland kinorejissoru Teo Van Qoqun islam fanatiki tərəfindən qətli ilə bağlı kadrlar nümayiş edilir. Bu kadrlar islamın radikal dini liderlərinin fikirləri və Qurandan gətirilən sitatlar fonunda cərəyan edir.

Bəyanatda deyilir ki, Avropa İttifaqı insan hüquqları ilə bağlı konvensiyanın qoruyucusudur və o, fikir azadlığını müdafiə edir. Lakin məlum hadisə narahatçılıq və ümidsizlik yaradır. Sənəddə qeyd edilir ki, bu, Avropa demokratiyası üçün kədərli gündür. Çünki onun əsas prinsiplərindən bir çoxu yanlış olaraq səbrsizlik və təhqiredici stereotiplərinin inkişfı üçün tətbiq edilir.

"Avropanın bütün ölkələrində yaşayan əhali və məzhəblərin çox hissəsi Avropa dəyərlərinin qarşılıqlı hörmət və dialoquna inanır. Biz bütün avropalıları birləşməyə və islamın bu təhqiramiz və təhrif olunmuş obrazını rədd etməyə çağırırıq" - deyə bəyanatda bildirilir.

Xəbər lenti

Xəbər lenti