...

Xuraman Şuşalı məni çox dəstəkləyir –müğənni Mehrim

Cəmiyyət Materials 30 Mart 2008 20:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 mart /müx.TrendLife Şahin Cavadsoy/

Sənətdə ilk addımlarını atan müğənni Mehrim, bəzi şou-sakinləri tərəfindən hədəfə götürülüb. Sənətçi mehriban düşmənlərinin kimliyini bilməsə də, onların qarşısında zəif rəqib olmadığından da çox əmindir: "Əvvəllər elə bildirim ki, sənət yolumda heç bir çətinliklə üzləşməyəcəyəm. Amma sonra yanıldığımı anladım. İndi başa düşürəm ki, hansısa qüvvələr yoluma çəpər çəkmək istəyirlər".

Bəs sizə kim dəstək verir? - sualını isə Mehrim belə cavablandırdı: "Çox şükür, ətrafımda yaxın rəfiqələrim, dostlarım var. Götürək elə müğənni həmkarım Xuraman Şuşalını. İnanın, dəfələrlə iştirak etdiymiz tədbirlərdə onun dəstəyini hiss etmişəm. Çoxları deyir ki, biz onunla birləşib, nəsə qruplaşma yaratmışıq. Xeyr, bu belə deyil. Biz, sadəcə, bir-birimizin kömyinə yetən əziz bacılarıq".

Yaradıcılığındakı yeniliklərdən də danışan Mehrim, bildirdi ki, yeni bir mahnısı radio dalğalarında səslənir: "Söz və musiqisi Hatəm Nəbioğluna aid olan "Məndən uzaq ol" mahnısı neçə vaxtdır radiolarda səslənir. Mahnı sırf gənc publika üçün nəzərdə tutulub. Bundan əlavə, çox yaxın müddətdə iki yeni bəstəni də dinləyicilərə təqdim edəcəyəm. Ola bilsin, bu mahnılardan birinə klip də çəkdirdim ".

Xəbər lenti

Xəbər lenti